İlin ən yaxşı gənc futbolçusu o seçildi

İlin ən yaxşı gənc futbolçusu o seçildi

“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mükafata “Barselona”nın yarımmüdafiəçisi Qavi ayiq görülüb.

18 yaşlı yarımmüdafiəçi tarixdə bu mükafatın dördüncü qalibi olub.

2018-ci ildə fransalı Kilian Mbappe, 2019-cu ildə hollandiyalı Matthijs de Ligt, 2021-ci ildə ispaniyalı Pedri ən yaxşı gənc futbolçu seçilib.

Qeyd edək ki, Qavi 2021-ci ildə böyüklərdən ibarət komandada oynamağa başlayıb. İspan futbolçu ötən mövsüm 48 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə o, Kataloniya yığmasında 60 oyun keçirib. O, 2021-ci ilin oktyabrında İspaniya millisində debüt edib, Millətlər Liqasının gümüş mükafatçısı olub. Ümumilikdə o, millidə 12 oyun keçirib və 1 qol vurub.


Share: