İlon Mask ABŞ hakimiyyəti üçün təhlükəyə çevrilib

İlon Mask ABŞ hakimiyyəti üçün təhlükəyə çevrilib

İlon Maskın və şirkətlərinin artan təsiri ABŞ prezidenti Co Baydenin administrasiyasında artan narahatlığa səbəb olub.

Məlumata görə, iş adamı nəqliyyat, aerokosmos, səhiyyə və sosial şəbəkələrlə məşğul olan beş şirkətə sahibdir ki, bu da böyük təsir gücü yaratmaqla hökumətin maraqlarına toxunur.

Hakimiyyət orqanları biznes imperiyası, sərvəti və siyasi əlaqələri sayəsində sahibkarın toxunulmaz hala gələ biləcəyindən qorxurlar. ABŞ administrasiyası ehtiyat edir ki, “Tesla”nın Çinlə artan əlaqələri və Yaxın Şərqdən maliyyələşməsi Maskı xarici təsirlərə məruz qoya bilər. Agentliyin məlumatına görə, bəzi administrasiya rəsmiləri hökumətin “Mask imperiyasını məhv etməyə” məcbur olacağını irəli sürüblər.

Qeyd edək ki, “Bloomberg” indeksinə görə, martın 21-nə olan məlumata əsasən Mask 171 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən varlı adamıdır.

Mənbə: TASS

Share: