İlon Maskın əsasını qoyduğu “Neuralink” şirkəti beyinə implantasiya edilmiş çiplərin insanlar üzərində sınaqdan keçirilməsi üçün ABŞ-nin ən böyük neyrocərrahiyyə mərkəzlərindən biri ilə danışıqlara başlayıb.
Məlumata görə, söhbət Arizonadakı “Barrow” Nevroloji İnstitutundan gedir. “Neuralink” universitetdə insan və kompüter arasında neyron interfeysi yaratmaq üçün çipləri öyrənəcək və sınaqdan keçirəcək tədqiqat qrupunun formalaşmasına nail olmaq istəyir. Bununla da, şirkət ABŞ-nin Qida və Dərman Administrasiyasını (FDA) çiplərin təhlükəsizliyinə inandırmağa çalışır.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində FDA “təhlükəsizliklə bağlı ciddi narahatlıqlar” səbəbiylə Maskın şirkətinə çipləri insanlar üzərində sınaqdan keçirməyi qadağan edib.
Mənbə: gazeta.ru