İlon Mask iranlı qadınlarla eyni mükafata namizəddir

İlon Mask iranlı qadınlarla eyni mükafata namizəddir

Amerikalı sahibkar İlon Mask və vətənlərində hüquqları uğrunda mübarizə aparan iranlı qadınlar Avropa Parlamentinin Andrey Saxarov adına “Fikir Azadlığı Mükafatına” namizədlər siyahısına daxil ediliblər.

Mask əvvəlki “Twitter” rəhbərliyinin istifadəçilərin ifadə azadlığına zərər vuran hərəkətlərini ifşa etdiyinə görə mükafata namizəd olub.

“O, bu təcrübəyə son qoymaq istəyir və insanların siyasi baxışlarına görə platformaya girişinin qadağan edilməsinə qarşıdır”, – mətbuat xidməti əlavə edib.

Siyahıya həmçinin 2022-ci ildə vəfat edən Məhsa Əmini və öz hüquqları uğrunda mübarizə aparan “İran qadınlarının” kollektiv obrazı da daxildir.

Həmçinin, Saxarov mükafatına Əfqanıstan, Gürcüstan, Uqanda və Nikaraquadan olan hüquq müdafiəçiləri də namizəddirlər.

Mükafatın qalibi oktyabrda müəyyənləşəcək. Mərasim Avropa Parlamentinin dekabrda Strasburqda keçiriləcək plenar sessiyasında baş tutacaq.

Mənbə: TASS

Share: