44 milyard dollara aldığı “Twitter”də başdan-ayağa dəyişikliklər edən iş adamı İlon Mask tvitlərin önə çıxmasının sirrini açıqlayıb.
O, bununla bağlı “Twitter” hesabında paylaşım edib. Mask paylaşımında hansı tvitlərin və nəyə görə önə çıxdığını izah edib:
“İstifadəçilər istər yazı mətninə, istər fotoya, istərsə də videoya baxdıqları zaman nə qədər uzun müddət ekranda (tvitdə) qalarlarsa, o qədər də önə çıxarlar. “Twitter”də yerləşdirilən video xarici linkdən daha çox göstəriləcək, çünki videonu izləməyə linki klikləməkdən daha çox vaxt sərf olunur”, – deyə o qeyd edib.
Digər tərəfdən, İlon Mask “Twitter”ə video yüklənməsi prosesinin zəif işləməsindən şikayətlənib və bunu düzəltmək üçün çalışdıqlarını bildirib.
Mənbə: Haber Global