“Tesla” şirkətinin baş direktoru İlon Maskın yüksək sürətli “Hyperloop” nəqliyyat sisteminin yaradılması layihəsi lazımi maliyyə çatışmazlığı və mövzuya ictimai marağın zəifləməsi səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib.
Məlumata görə, 10 il və yüz milyonlarla dollar sərmayə qoyulduqdan sonra ondan çox startap uğurlu layihə yaratmağa çalışıb və heç biri buna müvəffəq olmayıb. Qeyd edilir ki, “Hyperloop” işlərinə cavabdeh olan Maskın “Boring Company” şirkəti yüksək sürətli nəqliyyat sənayesindəki bir çoxları kimi problemlərlə üzləşib.
Milyarder texnologiya ilə bağlı fikirlərini ilk dəfə açıqlayanda nümunə kimi Los-Ancelesdən San-Fransiskoya gedən marşrutdan istifadə edib.
“Boring”in bu günə qədərki ən əhəmiyyətli layihəsi Las Vegas Konqres Mərkəzinin altındakı 4,4 kilometrlik tuneldir. Maskın şirkəti hələlik heç bir yeni marşrut planlaşdırmayıb.
Bildirilir ki, layihənin maliyyələşdirilməsi dondurulub və istehsal sahəsi hazırda işçilərin parkinqi üçün ayrılıb.
Mənbə: gazeta.ru