İlyas Tapdığın bacısı qızı koronavirusdan vəfat etdi

Koronavirus yenidən can aldı.

Müstəqil.Az xəbər verir ki, şair İlyas Tapdığın bacısı qızı koronavirusdan həyatını dəyişib.

Bu barədə İlqar Türkoğlu facebook sosial şəbəkəsində öz təəssüf və kədər hissini belə ifadə edib:

“Bu günü çox kədərlə qarşıladım. İnana bilmədiyim bu xəbərin şokunu hələ də yaşayıram. Yaxın qohumum idi. Ziyalı bir ailənin, ziyalı bir nəslin övladı idi. Unudulmaz şairimiz İlyas Tapdığın bacısı qızı idi. Atası Cəmil Hüseyn, mərhum anası Hümayə xanım orta məktəb müəllimlərim olub. Özü də orta məktəbdə gənc nəslin təhsil-tərbiyə işlərinə rəhbərlik edirdi. Çoxlarımızın hələ də şübhə ilə yanaşdığı COVİD-19-un qurbanı oldu. Bir yas yerində bu virusa tutulmuş sağlam bir bacımızı 8 gün ərzində itirdik. Ailəmiz adından dərdlərinə şərik olur, ailəsinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyirik.  Ruhun şad olsun, Şəlalə xanım!  Başınız sağ olsun, əziz Cəmil müəllim, başınız sağ olsun, əziz qardaşım Ülvi həkim!”

 

Müstəqil.Az

Share: