İmam Hüseyn məscidi axundunun boynu kəsildi- Özünü pəncərədən atdı…-Foto+Video

Cənubi Afrika Respublikasında naməlum radikal qruplardan biri İmam Hüseyn məscidinə hücum edib.
Moderator24.com xarici İslam saytlarına istinadla xəbər verir ki, dəhşətli olay Durban şəhərinin Verulam qəsəbəsində yerləşən İmam Hüseyn məscidində  baş varib. Cümə axşamı gündüz saat 15:00 radələrində, günorta namazından az sonra  3 nəfər tərəfindən məscidin imamı və iki nəfər möminə bıçaqlı hücum edilib. Məlumata görə, qara maskada olan terrorçular məscidi yandırıb və üç nəfərin boğazına bıçaq zərbələri endirib. Onların hindistanlı olduğu bildirilir.  Hücumçular  “Hyundai” markalı avtomobilə minərək qaçıblar.
“News24” kanalı olayı bir qədər ətraflı şərh edib. Kanalın  məlumatına görə,  hadisə yerinə ilk gələnlərdən biri – Afzala Mitxa jurnalistlərə danışıb ki, bıçaqlananlardan biri məscidin axundu olub. Namaz bitəndən dərhal sonra naməlum şəxslər məscidə daxil olaraq axunda, onun yanındakı möminə və səs-küyə içəri daxil olan digər şəxsə də ağır xəsarətlər yetiriblər.  Boynu kəsilmiş və digər nahiyələrindən bıçaq yaraları almış məscid rəhbəri özünü ikinci mərtəbənin pəncərəsindən ata bilib və möcüzə nəticəində sağ qalıb. Hazırda axundun ağır vəziyyətdə reanimasiya şöbəsində olduğu bildirilir. Terrorçların bıçaqladığı Abbas adlı müsəlman isə xəstəxana yolunda həlak olub.
Afzala Mitxanın sözlərinə görə, qanlar içində olan imam zorla bir cümlə deyə bilib:”Məni guya insanları yoldan çıxarmaqda ittiham edirdilər…”
Polis araşdırma aparır.
Cənubi Afrika müsəlmanları ruhani idarəsi möminləri tələsik nəticələr çıxarmamağa  və araşdırmanın nəticələrini gözləməyə çağırıb.

Share: