İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən cari ilin avqust ayı ərzində rayonun Göbəktala, Şahverdili, Oruclu, Telişli, Allahmədətli, Məmmədli və Əlyetməzli kənd sakinləri ilə yerlərdə səyyar görüşlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, keçirilən 4 səyyar görüşdə 400-ə qədər sakinlə yanaşı İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.
Görüşlərdə çıxış edən icra başçısı rayon ərazisində son illərdə aparılan tikinti, abadlıq və yenidənqurma işləri barədə sakinlərə ətraflı məlumat verib.
Qəbullar zamanı vətəndaşlar tərəfindən onları narahat edən məsələlər gündəmə gətirilib. Edilən müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun olaraq həll edilməsi məqsədilə aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
İcra başçısı, həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb.