Türkiyəli müğənni İbrahim Tatlısəs zəlzələdən zərərçəkənlərə jest edib.
“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib.
O, Bodrumda yerləşən 5 evini onların ixtiyarına verəcəyini açıqlayıb. Bildirib ki, zərərçəkənlərin evləri hazır olana kimi ailələr onun evlərində yaşaya bilər.