15 noyabr 2023 tarixində Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda Aktivist Rəssamlar Assosiasiyasının bir qrup üzvünün əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.
Assosiasiyanın rəhbəri rəssam Nəvai Metin: iki ay öncə Aktivist Rəssamlar Assosiasiyası adlı bir qurum yaratdıq. Qurumun yaranmasında məqsəd ölkəmizin müxtəlif bölgələrinə yaradıcılıq səfərləri etmək,canlı rəsmlər çəkmək, açıq havada əhalinin gur olduğu yerlərdə sərgilər təşkil etmək, əhalidə mədəniyyətə və incəsənətə marağı, sevgini bərpa etməkdir. Bölgələrdə əhalinin rəssamlara olan marağı onu göstərir ki, düzgün yoldayıq. Etdiyimiz səfərlərdə açıq havada təşkil etdiyimiz sərgilərə olan diqqət bunu bir daha sübut edir. Bu günlərdə Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutan sərgimizdə ARA-nın bir qrup üzvünün: Nəvai Metin, Əmrah Mədətov, Naqiyə Rzayeva, Məlik Məmmədxanov və Əbdüləli Əliyevin əsərləri nümayiş olunur. Sərginin açılışı zamanı Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov attığımız addımları yüksək dəyərləndirdi və qrupun fəaliyyətini daim diqqət mərkəzində saxlayacağını bildirdi. Açılışda respublikanın tanınmış ziyalıları öz çıxışlarında ARA-nın fəaliyyətini yüksək qiymətləndirdilər.
Sərgi 20 noyabr tarixinə qədər davam edəcək, giriş sərbəstdir. Bütün sənətsevərləri sərgiyə dəvətlidir.