Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinə münasibət bildirib.
“Qafqazinfo” “CNN türk”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankarada çıxışı zamanı danışıb.
“Namizədlərdən biri geri çəkilib. Onun namizədliyini niyə geri çəkməsini anlamaq mümkün deyil. Doğrusu təəssüfləndim, kaş bu mübarizə sonuna qədər davam edərdi. Bu yola digərləri ilə davam edirik. Önəmli olan millətimin verəcəyi qərardır”, – deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, M.İnce prezidentliyə namizədlikdən geri çəkildiyini açıqlayıb. O, barəsində həqiqət olmayan qeyri-etik görüntülərin və iftira xarakterli məlumatların yayıldığını bildirib.