İndenoziyalı Şon Gelael Bakıda döngələrdən birində qəza törətdi

Bakıda FIA Formula-2 pilotlarının ikinci yarışında qəza baş verib.

Trend-in məlumatına görə, “PERTAMINA PREMA Theodore Racing”dən indoneziyalı Şon Gelael döngələrdən birində idarəetməni itirərək bolidini təhlükəsizlik divarına çırpıb.

Ş.Gelael yarışı yarımçıq tərk etməli olub.

Qeyd edək ki, aprelin 27-dən Bakıda Formula-1 Azərbaycan Qran Prisi keçirilir.

Müstəqil.Az

Share: