“İndi bilindi haqsız kimdi…” – Sabiq nazirin həbs etdirdiyi şairin həyat yoldaşı

Tanınmış şair Saday Şəkərlinin həbs edilməsindən iki il ötür. Saday Şəkərli 2015-ci ilin dekabrın 22-də Vergilər Nazirliyində həbs edilib. Ailəsi onun həbsinə səbəb həmin vaxta çap olunan “Qurd ürəyi” romanını əsas gətirir. 
Şairin ailəsi hələ də onun haqsız həbsi ilə razılaşmır və həbsin sifarişçisinin bu yaxınlarda nazir postunundan uzaqlaşdırılmış Fazil Məmmədov olduğunu deyir. Həyat yoldaşı Əminə Şəkərli Moderator.az-a açıqlamasında həyat yoldaşının artıq iki ildir ki, haqsız yerə həbsdə yatdığını bildirib:
“Qırx il ədəbiyyata xidmət etmiş bir insanı həbsə atdılar. İndi hamı onun taleyindən narahatdı. Dekabrın 6-da həbsxanaya görüşə getdim. Onu haqsız yerə həbs etdirən Vergilər Naziri Fazil Məmmədovun postundan uzaqlaşdırılmasını da bilirdi. Amma bunu çox təmkinlə qarşıladı. Saday Şəkərlinin həbsindən sonra artıq kreditə götürdüyümüz mənzilimizin kreditini verə bilmədiyimiz üçün məhkəmə bizə üç ay vaxt verib. Üç aydan sonra mənzilimiz hərraca çıxarılacaq və bizim taleyimiz nə olacaq bilmirik. S.Şəkərli xəstədi, səhhətində problemlər var: şəkər xəstəsidi, sinir ağrıları var, təzyiqdən əziyyət çəkir. Cinayətkar olsaydı, onun həbsi bizi bu qədər ağrıtmazdı. Amma haqsız yerə onun həbsdə yatmağı bizə ağır gəlir.
İndi məlum oldu ki, korrupsioner Saday Şəkərlidir, yoxsa Fazil Məmmədovdur. Mən ancaq bunu deyə bilərəm. Korrupsinoer dörd milyon pulu ölkədən çıxaran insandı, yoxsa Saday Şəkərlidi. Hamıya agah oldu ki, haqlı kimdir, haqsız kimdir.
Xatırladaq ki, S.Şəkərli Vergilər nazirliyin vəzifəli şəzsi haqqında kütləvi infotrmasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı CM-nin 182.3.2-ci (külli-miqdarda əmlakı hədə-qoru ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb və beş il müddətinə azadlqıdan məhrum edilib.
Müstəqil.Az

Share: