“İndiana Cons”un serialı təxirə salındı

“İndiana Cons”un serialı təxirə salındı

Məşhur “Blade Runner” filminin serial versiyası olan “Blade Runner 2099″un Belfastdakı çəkilişləri təxirə salınıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi Hollivud TV və kino ssenaristlərinin tətili göstərilib.

Çəkilişlərin 2024-cü ilin yazına qədər davam etdirilməsi ehtimalı azdır.

Xatırladaq ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaqla bağlı kinostudiyalarla razılığa gələ bilmədiklərinə görə tətilə başlayıblar. Nəticədə, ABŞ-də bir çox televiziya şouları mayın əvvəlindən efirdən çıxarılıb. Bir çox serialın çəkilişləri dayandırılıb.

Share: