İndoneziya, Sinqapur və ABŞ Sakit okeanın dibi ilə kabel çəkəcək

İndoneziya, Sinqapur və ABŞ Sakit okeanın dibi ilə kabel çəkəcək

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Keppel Telecommunications, Telekomunikasi Indonesia, həmçinin “Facebook” kompaniyalarının martın 29-da yaydıqları birgə bəyanatında bildirilir. Kabel Cənub-Şərqi Asiya ölkələrini Birləşmiş Ştatlarla bağlayacaq.

2024-cü ilədək başa çatması gözlənilən Bifrost sistemi Sakit okeanda bu qəbildən ən böyük layihə olacaq. Uzunluğu 15 min kilometr olan telekommunikasiya kabeli Şimali Amerikanın qərb sahillərini İndoneziya, Sinqapur və Filippinlə birləşdirəcək.

Müstəqil.Az

Share: