İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın nəticəsində 19 nəfər ölüb.
xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 7 nəfər itkin düşüb.
Sel 16 körpünü və bir neçə yaşayış evini uçurub, yollar bağlanıb. Bu səbəbdən zərərçəkənlərə yardımın çatdırılmasında çətinliklər yaşanıb.