İndoneziyada etiraz aksiyaları, altı ölü, 200 yaralı – VİDEO

İndoneziyanın paytaxtı Cakartada keçirilən etiraz aksiyasında baş verən toqquşmalarda altı nəfər həyatını itirib, 200 nəfər yaralanıb.

Bu barədə “Reuters” indoneziyalı qubernatora istinadən məlumat yayıb.

İndoneziyanın mərkəzi seçki komissiyası bazar ertəsi axşam saaatlarında bülletenlərin hesablanmasını başa çatdırıb. Nəticələrə əsasən, hazırkı prezident Coko Vidodo ümumi səslərin 55,5 faizini toplayaraq, qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə 44,5 faiz səs toplayıb.

Vidodonun növbəti müddətə prezident seçilməsinə etiraz olaraq yüzlərlə insan paytaxt küçələrinə axışıb. Polisin Subianto tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq etdiyi bildirilir.

“Səhər 09:00-a kimi (Bakı vaxtı ilə 06:00) beş xəstəxanaya 200 yaralı gətirilib, ölənlərin sayı altıdır”, – deyə agentlik yerli qubernatora istinadən xəbər verir.

 

Share: