İndoneziyada Semeru vulkanı 16 dəfə püskürüb.
Nəticədə onun külü iki kilometr hündürlüyə çatıb.
“Püskürmələr arasında təxminən bir saat fərq olub. Onların hər biri orta hesabla 100 saniyə davam edib”, – məlumatda deyilir.
Bildirilir ki, vulkana üçüncü təhlükə səviyyəsi verilib. Yerli hakimiyyət sakinlərdən kraterə yaxınlaşmamağı xahiş edib.
Mənbə: gazeta.ru