Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada “Mançester Siti”yə qalib gələn “Arsenal” titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə “şəhərlilər”dən Koul Palmer vurub. “Topçular” 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər.
Qalibi müəyyənləşdirmək üçün ilk dəfə birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.
Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm həm Premyer Liqanın, həm İngiltərə Kubokunun, həm də Çempionlar Liqasının qalibi olub.