İngiltərə Federasiya Kubokunda ilk finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Mançester Siti” yarımfinalda “Şeffild Yunayted”i böyük hesabla məğlub etməklə həlledici matçda oynamaq hüququ qazanıb.
“Şəhərlilər”in 3:0 hesablı qələbə qazandığı matçda hər üç qolu Riyad Mahrez vurub. “Mançester Siti”nin finaldakı rəqibi “Brayton” – “Mançester Yunayted” cütünün güclüsü olacaq.