İngiltərə Premyer Liqasında çıxış edən klublar yay transfer dönəmində 2,4 milyard funt-sterlinq xərcləyiblər.
Oxu.Az xəbər verir ki, bu, rekord göstərici hesab olunur.
Ötən il bu məbləğ 2,1 milyard funt-sterlinqə bərabər idi.
Transfer baxımından ən fəal klub 434,5 milyon funt-sterlinqlə “Çelsi”dir. “Mançester Siti” (216 milyon) ikinci, “Tottenhem” (212 milyon) üçüncü, “Arsenal” (208 milyon) isə dördüncü pillədə qərarlaşıb.
Mənbə: “Sky Sports”