1. Şahzadələr hər zaman qısa şort geymək məcburiyyətindədir.
Avropa aristokratiyasının qaydalarına görə, sadəcə gənc kişilər şalvar geyə bilər. Uşaqlar isə ancaq səkkiz yaşlarından sonra şalvar geyinmə haqqına sahibdir.
3. Cənazələr xaricində qara rəngli paltar geyinməzlər
Qara rəng Kral Ailəsi üçün yas rəngidir və cənazə mərasimləri xaricində geyilməsi doğru görünmür. Lakin, şəkillərdən də gördüyünüz kimi, Şahzadə Diana bu qaydanı pozmuşdur.
4. Qabıqlı dəniz canlılarını yeyə bilməzlər
Qaydalar, ailənin stridiya kimi qidaları yeməsini qadağan edir. Bunun tam olaraq səbəbi bilinmir. Lakin qabıqlı dəniz canlılarının özündə daşıdığı yüksək miqdardakı toksinlərin, sağlamlığa zərərləri həkimlər tərəfindən bilinir.
5. Taxt varisləri eyni nəqliyyat vasitəsində otura bilməz.
Bunun səbəbi aydındır. Baş verə biləcək hər hansı bir qəzada bütün varislərin eyni anda zərər görməməsi üçün bu hal qadağan edilmişdir.
6. Heyranlarına imza verməzlər
Kral Ailəsi üzvləri musiqiçilər ya da aktyorlar kimi sevənlərinə imza verməzlər. Çünki səhvən rəsmi bir sənədin altına atılacaq imza, ortalığı bir xeyli qarışdıra bilər.
7. Xristianlığın Anqlikan məzhəbindən başqa bir dinə inancları olmaz.
İngiltərə Kralı ya da Kraliçası eyi zamanda Anqlikan Kilsəsinin başçısı olaraq görülür. Bu səbəbdən başqa bir dinə keçmələrinə icazə verilməz. Hətta keçmişdə, ailə üzvlərinin başqa dindən insanlarla evlənmələri belə qadağan idi. Lakin bu qanun 2011’ci ildə dəyişdirildi.
8. Kürk geyə bilməzlər.
Qaydalara görə Kral Ailəsi çox lüks geyimlər geyinə bilməz. Buna kürk də daxildir. Ancaq Kraliça Elizabeth 1993’dəki Rusiya səfərində, soyuqdan qorunmaq üçün kürk geyinmişdir.
9. Kral Ailəsi yeni ili birlikdə keçirmək məcburiyyətindədir.
Ailə hər yeni ili Norfolk’dakı Sandringham House’də keçirir. Heç bir jurnalist bu günə qədər ev içindəki şənlikləri çəkə bilməmişdir. Lakin, üstdəki şəkildə də görə biləcəyiniz kimi, ailəni yeni ili qeyd edərkən göstərən mumdan heykəlləri hazırlanmışdır. Şəkildə real olan sadəcə itlərdir. 🙂