İngiltərənin dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizəsi

İngiltərənin dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizəsi

Böyük coğrafi kəşflərdən sonra İngiltərə mühüm dəniz yollarının keçdiyi rayonlara daxil idi. Londonda çoxlu tacir kontorları və banklar meydana gəlmişdi. Manufaktura yaranandan sonra İngiltərə başqa ölkələrə yun göndərmir, ancaq mahud, kömür, balıq və s. aparırdı. Ticarət sürətlə inkişaf edirdi. Uzaq ölkələrlə aparılan bütün ticarət ən varlı tacirlərin təşkil etdiyi şirkətlərin əlində idi. Şirkətlərə daxil olan tacirlər mah birlikdə satır, gəlirini qoyulan pula görə bölüşürdülər. Rusiya ilə ticarət etmək üçün Moskva şirkəti, Afrika ilə Qvineya şirkəti, Hind okeanı və Sakit okeanı sahillərindəki ölkələrlə ticarət aparmaq üçün Ost-Hind şirkəti (1600) yaranmışdı.

Ümid burnundan şərqə tərəf olan ölkələrlə yalnız bu şirkət ticarət apara bilərdi. XVI əsrin əvvəllərində dünya okeanlarında ağalıq uğrunda İngiltərə və İspaniya mübarizə aparırdı. Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya idi. İspaniya başqa ölkələrin onun müstəmləkələrində ticarət aparmasını qadağan etmişdi. İngiltərə hökuməti bununla razılaşmadı. Elə buna görə də, İngiltərə dəniz quldurları İspaniya müstəmləkələrində, İspaniya sahillərində quldurluğu genişləndirdilər. İngiltərə kraliçası I Yelizaveta Tüdor (1558-1603) ticarət və gəmiçiliyi, dəniz quldurluğunu əl altdan (gizli) müdafiə edirdi. O, İngiltərənin qüdrətli donanmasını yaratdı, dəniz quldurlarına kral donanmasının admiralı rütbəsini verdi.

İngiltərədə dəniz quldurluğu çox zaman qul alveri ilə birləşirdi. Gəmi sahibi Con Hokins London varlılarının köməyi ilə Afrikaya ekspedisiya təşkil etdi. Kraliça ona iki hərbi gəmi vermişdi. O, Afrikada 500 qul alıb İspaniyanın müstəmləkələrində satmaq istədi. Lakin ispan qubernatoru qul satmağa icazə vermədi. Hokins toplardan atəş açdı, qubernator qul satışına icazə verməyə məcbur oldu. Bu «qəhrəmanlığa» görə I Yelizaveta ona cəngavər rütbəsi verdi.

İngilis dəniz qulduru Frensis Dreyk kiçik donanması ilə Magellan boğazından Cənubi Amerikanın qərbinə keçmiş, qızıl və gümüş yüklənən ispan gəmisini ələ keçirib dünya okeanmı dolaşdıqdan sonra İngiltərəyə gəlib çıxmışdı. O, Magellandan sonra dünya səyahətini həyata keçirmişdi. Kraliça Yelizaveta onun gəmisinə gəlib onu təbrik etmişdi.

«Məğlubedilməz armada»nm məhvi. Dəniz ticarətində İspaniya İngiltərənin əsas rəqibi idi. İspaniyanın böyük donanması və ən geniş müstəmləkələri var idi. İspaniya kralı başqa ölkələrin onun Amerikadakı müstəmləkələri ilə ticarət aparmasını qadağan etdi. Buna cavab olaraq, İngiltərə kraliçası başda olmaqla ispan müstəmləkələrində, hətta İspaniya sahillərində quldurluq və qarətçilik genişləndi. İngiltərə bu sadə və əsas yolla sərvət ələ keçirmək və dənizdə ağalığı İspaniyanın əlindən almaq istəyirdi. Dreyk, Hokins və başqaları donanmaya başçılıq etdilər. İngiltərə İspaniyaya qarşı, İspaniya da İngiltərəyə qarşı hücuma hazırlaşdı.

1588-ci ildə ispanlar 130 yelkənli gəmi və 20 min əsgərlə Temza çayının dənizə tökülən hissəsinə yaxınlaşdılar. İspanlar öz donanmalarını «məğlubedilməz Armada» adlandırırdılar. Armada böyük donanma deməkdir. 1588-ci ildə İngilis gəmiləri La-Manş boğazında ispan gəmilərinə hücum etdilər. 2 həftə davam edən döyüşdə ingilislər qalib gəldilər. İngilislər abordaj döyüş qaydasından istifadə etdilər. Abordaj gəmi bortu deməkdir. Döyüş zamanı düşmən gəmisi əks tərəfin gəmisinə yanaşır, qarmaqla onu öz gəmisinə bağlayır və düşmən gəmisinə keçib vuruşur. İspan gəmiləri Şimal dənizinə sıxışdırıldı. Qayalara dəyən gəmilər məhv oldu. Beləliklə, 1588-ci ildə İngiltərə-İspaniya müəharibəsi nəticəsində İspaniyanın dəniz qüdrəti sarsıldı, dənizlərdə hökmranlıq tədricən İngiltərənin əlinə keçdi.

Məğlubedilməz Armada haqqında:

İngiltərənin ilk müstəmləkələri. İspaniyanın məğlub edilməsi ingilislərin yeni müstəmləkələr ələ keçirməsini asanlaşdırdı. 1607-ci ildə ingilislər Şimali Amerikanın şərq sahillərində özlərinin ilk müstəmləkəsi olan Virciniyanın əsasını qoydular. Buranın yerli əhalisi ingilisləri dostcasına qarşıladı. Lakin az sonra ingilislər onlara divan tutmağa başladı və bütöv tayfaları məhv etdilər.

İngilislər portuqaliyalıları Asiyada sıxışdırmağa başladılar. 1600-cü ildə yaranmış Ost-Hind şirkəti Böyük Moğol hökmdarından Hindistanda gömrüksüz ticarət etməyə icazə aldı.

İngilis burjuaziyası öz ölkəsinin zəhmətkeşlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət topladı. Həmin sərvəti iri müəssisələr tikməyə sərf etdilər.

Yazar: Qarden Baren

Share: