Rusiyalı alimlər xəstənin hansı virusa yoluxduğunu müəyyən etmək üçün yeni üsul tapıblar.
Virusların aşkarlanması üsulu bütün patogenlər üçün uyğun olacaq.
Bir neçə dəqiqə ərzində spektrometr məlumatları götürür, kompüter nəticəni təhlil edir və nümunədə virusun olub-olmadığını göstərir.
Bazada bu barədə məlumat olduqda proqram onun növünü müəyyənləşdirir. Təcrübələr zamanı alimlər adenovirusu, koronavirusu, habelə qripi bu şəkildə uğurla müəyyənləşdiriblər.
“Bizim texnologiyamız yeni yayılan viruslara nəzarətə imkan yaradacaq. Məsələn, dəsti insanların sıx toplaşdıqları yerlərin – vağzalların, ticarət mərkəzlərinın, aeroportların girişinə qoymaq olar. Şəxsin ağız və ya burun suyundan götürülən nümunə əsasında üç dəqiqəyə nəticə əldə etmək olur.
Mənbə: İzvestiya