İnsanları tanrı nümayəndələri olduqlarına inandırıb hörmətlə qarşılanan ilginc tayfa- FOTOLAR

Müxtəlif ölkələrdə yaşayan qeyri-adi tayfaların adət və ənənələri həmişə insanların marağına səbə olub. Hindistanda yaşayan “Sadhular” tayfası da belələrindəndir. Tanrı nümayəndələri olduqlarına inandıqları üçün hindlilər tərəfindən həmişə hörmətlə qarşılanırlar. Cəmiyyətdə xeyr-dualar edərək qarşılığında  insanlardan yemək alırlar.
Sadhular antik vədi ayələrində “Səssiz olanlar” və “Uzun saçlılar” adlandırılıblar. Qədim zamanlardan Sadhuizm dini həyatın ən ali forması kimi qəbul edilmişdir.
Onlar heç vaxt pulu qəbul etmirlər və evlənmirlər. Ehtiyacı olanlara dini xidmər göstərirlər. Onlar əsasən çılpaq gəzirlər. Onlar müharibəyə qarşı çıxırlar. Yalan danışmamaq üçün and içən sadhular sakit həyat yaşamağı sevirlər. Ailəsi olanlar isə yaşa dolduqdan sonra ayrılıb yalnız yaşamağa başlayır.
Müstəqil.Az xarici mediaya istinadən adı çəkilən tayfanın fotolarını təqdim edir.
 
Vasif Əlihüseyn

Share: