“Intel” İsrail iqtisadiyyatına rekord məbləğdə sərmayə qoyacaq

“Intel” İsrail iqtisadiyyatına rekord məbləğdə sərmayə qoyacaq

ABŞ-nin çip istehsalçısı “Intel” İsrail iqtisadiyyatına 25 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib.

O, “Twitter” səhifəsində yazıb: “İntel İsrailə böyük sərmayə yatıracaq. İsrail iqtisadiyyatını bu heyrətamiz nailiyyət münasibətilə təbrik edirəm. 90 milyard NIS (təxminən 25,3 milyard dollar) İsrail tarixində beynəlxalq şirkəti tərəfindən qoyulan ən böyük investisiyadır”.

İsrail Maliyyə Nazirliyi qeyd edib ki, investisiya Kiryat Qatda 2027-ci ildə açılmalı və ən azı 2035-ci ilə qədər fəaliyyət göstərməli olan yeni çip istehsalı müəssisəsinin tikintisinə yönəldiləcək. Yeni obyekt bir neçə min İsrail vətəndaşını işlə təmin edəcək.

Mənbə: TASS

Share: