İntensiv yağan yağış nəticəsində Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda uçqun baş verib.
xəbər verir ki, Zərnətun körpüsünün yaxınlığında iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb.
Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.