“İnter”in kapitanı 11 ildən sonra klubdan ayrıldı

“İnter”in kapitanı 11 ildən sonra klubdan ayrıldı

“İnter”in qapıçısı Samir Handanoviç klubdan ayrılıb.

Bu barədə “İnter”in rəsmi saytı məlumat yayıb.

Qolkiperin İtaliya klubu ilə müqaviləsi başa çatıb. O, “İnter”in kapitanı olub və 11 mövsüm klubda çıxış edib.

Handanoviç “İnter”ə 2012-ci ildə “Udineze”dən keçib.

Ümumilikdə, futbolçu Milan klubunda 455 oyuna çıxıb və bu oyunlardan 166-sında qol buraxmayıb.

“İnter”lə birlikdə o, İtaliya A Seriyasının və iki dəfə İtaliya Kubokunun qalibi olub.

Qeyd edək ki, futbolçunun 38 yaşı var. O, Sloveniya millisinin qapısını qoruyub.

Mənbə: gazeta.ru

Share: