Amerikada intihar edən kişinin üzü, illər öncə üzünü itirən başqa xəstəyə tansplantasiya edilib. Ölən adamın xanımı ilə üzün yeni sahibinin görüşməsi isə duyğusal anlara səbəb olub.
Müstəqil.Az Medicina.az-a istinadən xəbər verir ki, Minnesotada yaşayan Lilly Ross adlı qadının əri intihar edərək həyatını itirib. Yeni üzün sahibi 32 yaşlı Andy Sandness isə intihara təşəbbüs edərək özünü vurub, ancaq ölməyib. 21 yaşındaykən çənəsindən yuxarıya doğru tüfəngdən atəş açan oğlan üzünün çox hissəsini itirsə də, həyatda qalıb.
60-dan çox həkimin qatıldığı və 56 saat çəkən əməliyyatdan sonra cərrahlar, Rossun üzünü Sandessə köçürməyi bacarıblar.
Həkim Samir Mardini baş tutan transplantasiya barədə danışıb:
“Ölən adamla yeni üz köçürülən Rossun yaşı, dəri rəngi, üz quruluşu o qədər bənzər idi ki, ikisinin hətta qohum olduğunu düşündüm”.
Əməliyyatdan 16 ay sonra bu nəqli həyata keçirən xəstəxana heyəti ölən adamın həyat yoldaşını, üzün yeni sahibi ilə bir araya gətiriblər. Bunun öncə çox kədərli olduğunu deyən qadın, qərarsız qalsa da görüşmə təklifini sonunda qəbul edib.
İllərdir, üzünə görə evə həbs olunan Sandness görüşün məqsədi barədə fikir bildirib:
“Qadına onun mənə verdiyi hədiyyənin boşuna olmadığını göstərmək üçün görüşmək istədim”.