İntiqan Yaşar “EVDƏ YOXAM”, dedi və hər kəsi görüşə çağırdı

İstedadlı gənc şair İntiqam Yaşarın yeni kitabı oxuculara təqdim olunacaq.
Bu haqda Müstəqil.Az-a şairin dostu, şair Emil Rasinoğlu məlumat verib.
Məlumatda bildirilir ki, AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şair İntiqam Yaşarın yeni işıq üzü görmüş “EVDƏ YOXAM” adlı şeirlər kitabının təqdimat mərasimi  iyun 10-da saat 13:40-da Azərbaycan Milli Kitabxanasında keçiriləcək.
Hər kəsin dəvətli olduğu təqdimat mərasiminin keçiriləcəyi ünvan:  “Sahil” metrosunun yaxınlığında, Xəqani küçəsi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına paralel bina.
Müstəqil.Az

Share: