ŞAİRLİK TALEDİR – İbrahim İlyaslı

ŞAİRLİK TALEDİR – İbrahim İlyaslı

ŞAİRLİK TALEDİR – İbrahim İlyaslı; “DUA ÇƏRPƏLƏNGİ” haqında fikirlər

Ədəbi gəncliyi izləməkdən, onlarla ünsiyyətdən xüsusi zövq alıram. Necə olur olsun, gənclik gənclikdir. Onların hərəsində öz gəncliyindən bir nişanə tapır adam. Uğurlarının, uğursuzluqlarının nədəni canlanır gözlərinin qarşısında. Çox istəyirəm ki, bizim yanlışlarımız onlarda olmasın. Uğur xətti ilə irəliləsinlər. Amma burası ədəbiyyat meydanıdır. Cəfa çəkməsən, səfa duymazsan. Sözlə uğraşmaq ağır işdir. Yenə də, nə yaxşı bu ağırlığın altına çiyin verən yeni nəsil gənc şairlərimiz yetişir. Xanım yazarlarımızın zərif çiyinləri üçün isə bu yük ikiqat ağırdır. Amma taledən də qaçmaq olmaz. Şairlik taledir. Taleyinə yazılıbsa, ya gərək duruş gətirəsən, ya da bir kənara çəkilib qiymətli oxucu olasan.

 

Qarşımda imzasını xeyli vaxtdır tanıdığım, özü ilə isə cəmi bir dəfə Sumqayıtda – Poeziya Evində rastlaşdığım gənc şair Fərqanə Səfərlinin “Dua çərpələngi” adlı ilk şeirlər kitabının nəşrə hazırlanmış ilk variantı var. Müəllif bu kitabının “Uğurlama”sını mənim yazmağımı istəyib. Niyə də olmasın?! Gəncliyimizdə bizim üçün də bu cür cığır açan, bizi ədəbiyyat yoluna çıxaran ustadlarımız olub…

Şeir hər şeydən öncə duyğu hadisəsi, sonra isə ana dili hadisəsidir. Fərqanə xanımın şeirlərində duyğularını səmimiyyətlə dilə gətirmək cəhdi öndə gəlir. Qəlbdən qələmə qədər ilk baxışda qısa görünən uzun bir yol var. Bu uzun yolu qısa və kəsə eyləyən istedaddır. Fərqanə Səfərlinin

şeirlərində istedad işığı anındaca sezilir. Duyursan ki, oxucuya (həm də özünə) deyəcək sözü var. Amma hiss olunur ki, bu sözü dilə gətirib, qələmə almaqda gah çətinlik çəkir, gah da sözün özü vərəqə qonur. Belə anlarda adətən peşəkarlıq yazarın dadına yetir. Fərqanə xanım peşəkarlıq yoluna doğru uğurla addımlayır. Təbii ki, bəzən tərəddüd etdiyi, poeziyanın labirintində dolaşdığı anlar da olur. Gənclik üçün bu təbii haldır. Vacib olan sözə məsuliyyətlə yanaşmaq, onunla sadiq bir dostcasına davranmağı bacarmaqdır. Fərqanə xanım ixtisasca həkim olduğundan dolayı bu incə mətləbin öhtəsindən də layiqincə gələcək deyə düşünürəm. Yeri gəlmişkən, onun “Beş nömrəli palata” adlı süjetli şeiri də müəllifin həm həkim, həm də şair kimi həssaslığından xəbər verir:

 

 

Share: