“Apple” şirkətinin yeni əməliyyat sistemi “iOS 11” “İphone” modellərinə “Tibbi şəxsiyyət” adlı özəllik gətirib.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, “tibbi şəxsiyyət” özəlliyi telefonun ekran kilidini açmadan təcili vəziyyətlərdə bilgilərin ötürülməsini təmin edir.
Bunun sayəsində təcili durumlarda səhiyyə personalının xəstə haqqında bilməsi lazım olan hər şey telefonda hazır şəkildə olur.
Yeni özəllikdən istifadə etmək üçün ekranın sol alt küncündəki “təcili durum” bölməsinə daxil olmaq, ardınca ekrana çıxan tibbi şəxsiyyət bölməsini lazımi bilgilərlə doldurmaq lazımdır.
Burada allergiyalar, müayinə və müalicə zamanı diqqət olunacaq vəziyyətlər qeyd edilməlidir. Bu bilgilər təcili vəziyyətlərdə tibb işçilərinə yardım etmək üçün nəzərdə tutulur.