İqlim dəyişikliyi ucbatından sivilizasiyanın məhvi ssenariləri təqdim olunub

İqlim dəyişikliyi ucbatından sivilizasiyanın məhvi ssenariləri təqdim olunub

Alimlər iqlim dəyişikliyi nəticəsində sivilizasiyanın məhvinin konkret yollarını araşdırmağa başlayıblar.

Britaniya Kolumbiyası Məktəbindən Daniel Stil bildirib ki, iqlim dəyişikliyi Yer kürəsinin böyük bölgələrinin və hətta sivilizasiyanın özünün yaşayış imkanlarını təhdid edir. Lakin məhvin necə baş verə və bunun qarşısını almaq üçün nə edilə biləcəyilə bağlı təəccüblü dərəcədə az tədqiqat var.

Stil və onun həmkarları sivilizasiyanın məhvini hökumətin əsas funksiyalarını, xüsusən də təhlükəsizliyi, qanunun aliliyini, insanları qida və su kimi əsas ehtiyaclarını təmin etmək qabiliyyətinin itirilməsi kimi müəyyən edirlər.

Alimlərin sözlərinə görə, iqlim dəyişikliyi ticarət və beynəlxalq əməkdaşlıq kimi sistemlərə dolayı təsir göstərir ki, bu da öz növbəsində siyasi münaqişələrə, disfunksiyalara və müharibələrə səbəb olur. Müəlliflər həmçinin iddia edirlər ki, bu təsirlər sivilizasiyaların uyğunlaşma qabiliyyətini azaldaraq onları pandemiya kimi digər şoklara qarşı həssas edir.

Mənbə: ferra.ru

Share: