İqlim dəyişikliyinin iqtisadi bədəli ağırdır

İqlim dəyişikliyinin iqtisadi bədəli ağırdır

İqlim dəyişikliyinin iqtisadi bədəli ağırdır

“İqlim dəyişikliyinə şübhə duyanların sayı sadəcə bir neçə ola bilər və onlar özləri qərar versin dayanıqlı, səmərəli iqtisadi gələcəyə doğru getmək istəyirlər ya yox”.

xəbər verir ki, bunu Almaniya XİN yanında Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi (xarici işlər nazirinin müavini -red.) Cennifer Morqan jurnalistlərlə görüşündə deyib.

“Əksəriyyət – biznes liderlər, dövlət və hökumət başçıları, elm adamları inanır ki, iqlim dəyişikliyi və onun yaratdığı təhdidlər realdır. Elm adamları xüsusilə, bu məsələdə kifayət qədər açıqdır. İki nüansı qeyd edə bilərəm, birincisi iqlim dəyişikliyinin nəticələri ilə üzləşməkdəyik və onun nəticələri kifayət qədər bahalıdır, iqtisadi bədəli ağırdır. Məsələn, iki il əvvəl Almaniyada daşqınların vurduğu zərər 30 milyard avro idi. Yəni, iqlim dəyişikliyinin iqtisadi bədəli getdikcə pisləşir”.

Almaniyalı rəsmi vurğulayıb ki, enerji keçidi qarşısıalınmaz prosesdir və ölkələr bundan kənarda qalmayacaq.
“ABŞ, Argentina, Azərbaycan və Afrika ölkələrinin yaşıl enerji potensialı var, bu sahə özü ilə imkanlar təklif edir – yeni iş yerləri, ölkə üçün çiçəklənmə təklif edir”.

Almaniya xarici işlər nazirinin müavini vurğulayıb ki, Avropa “Yaşıl Saziş ” (Green Deal) imzalayıb və onun hədəfləri istiqamətində irəliləyir. “Hesab edirəm ki, siz hədəflərə nail olaraq həm də onun səmərələrini əldə etmiş olursuz. Avropa İttifaqı öz tərəfdaşları ilə bu istiqamətdə birgə işləyir. İqlim dəyişikliyinə şübhə duyanların sayı isə sadəcə bir neçə ola bilər və onlar özü qərar versin dayanıqlı, səmərəli iqtisadi gələcəyə doğru getmək istəyirlər ya yox”.

Share: