Ermənistan parlamentinin qarşısındakı etirazçılar “Mənim addımım” blokunun deputatlarından müxalifət qüvvələrinə qoşulmağı və Ermənistanın baş naziri tərəfindən imzalanan məğlubiyyət bəyanatını ləğv etməyi tələb edirlər.
Müstəqil.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasından millət vəkili Qevorg Petrosyan nümayişçilərin qarşısına gələrək onları hakim partiyadan olan millət vəkillərinin parlament binasına girmələri üçün parlamentə gedən yolu təmizləməyə çağırıb və deputatlara toxunulmayacağına dair zəmanət istəyib.
Etirazçılar millət vəkillərinə dair söz veriblər. Bununla birlikdə millət vəkilləri görüşə gəlməsələr, Liviya lideri Müəmmar Qəddafinin taleyi ilə təhdid ediliblər.