İrəvan Putinə cinayət işi açır – Sensasion iddia

İşıqlı Ermənistan Partiyasının parlament fraksiyasının üzvü Arman Babacanyan araşdırma aparıb və belə qənaətə gəlib ki, Ermənistanın başına gələn bütün bəlalarda günahkar Rusiya Prezidenti Vladimir Putindir.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ermənistanın “Shame.am” nəşri yazıb.

Erməni deputatın araşdırmasından belə çıxır ki, Vladimir Putinə qarşı Ermənistanda mütləq cinayət işi açılmalıdır.

Babacanyan belə deyir: “Moskvanın nəyə görə “1 mart” məsələsində bu qədər maraqlı olmasını anlamaq yaxşı olardı”.

“Həqiqətən də bu, Vladimir Putinin Robert Köçəryanı dəstəklədiyini göstərir? Başqa sözlə desək, problem Putinlə bir çox məsələlərdə, o cümlədən ortaq cinayətlərdə bağlılığı olan ikinci prezidentin şəxsiyyətindədir, yoxsa Moskva məhz “1 mart” məsələsində maraqlıdır (sözügedən maraq isə Rusiyanın həmin cinayətdə izi olduğunu göstərir)? Bu suala birmənalı cavab vermək çətindir. Digər tərəfdən bir qədər əvvəl məlum oldu ki, 1 mart işində Rusiyanın iğtişaşların yatırılmasında müəyyən iştirakı olduğunu sübut edən sənədlər peyda olub”, – məqalədə bildirilib.

Nəşrin gözləntilərinə görə, deputat ABŞ-ın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparacaq, səfir isə Nikol Paşinyana Baş Prokurorluğun Vladimir Putinə qarşı cinayət işi açması və onu məsuliyyətə cəlb etməsi üçün göstəriş verməsini tapşıracaq.

“Ermənistanda dəlilik epidemiyası təhlükəsi var. Bu gün artıq bütün simptomlar mövcuddur. Konstitusiya Məhkəməsinin qərarı necə gəldi şərh olunur: nazir Köçəryanın azad edilməsinə qərar vermədiyini bildirir, digərləri isə məhkəmənin legitim olmadığını iddia edir. Vladimir Putinə Ermənistanda müttəhim statusu verilməsi xoşagəlməz olardı. Yeni Ermənistan artıq hər şeyin baş verməsinin mümkün olduğu ABŞ-Soros koloniyasıdır”, – nəşr yazıb.

Orxan, Əli

Share: