İrəvana uçan təyyarədə sərnişin öldü

İrəvana uçan təyyarədə sərnişin öldü

Çərşənbə günü Nijni Novqorod – İrəvan marşrutu ilə uçan təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Samara Hava Limanına təcili eniş edib.

O, tibbi yardım göstərilməmiş vəfat edib.

Bu barədə Samara hava limanının mətbuat xidmətindən məlumat verilib.

“Sentyabrın 21-də, saat 13:35-də (Bakı vaxtı ilə eynidir) Nijni Novqoroddan İrəvana uçan təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə əlaqədar Samarada məcburi eniş edib. Yerdə təyyarəni təcili tibbi yardım maşını və reanimasiya avtomobili qarşılayıb. Lakin həkimlər göyərtəyə daxil olmazdan öncə sərnişin ölüb”,- dyeə məlumatda bildirilib.

Mənbə: TASS

Share: