İrəvanda Britaniya bankına hücum: Ölən var – Video

HSBC bankının İrəvan filiallarından birində atışma baş verib.

Müstəqil.Az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” agentliyi yayıb.

Atışma zamanı 2 nəfərin yaralandığı bildirilib. İddialara görə, banka qarət məqsədilə hücum edilib.

Hələlik polis yayılan informasiyanı təsdiqləməyib.

***

İrəvanda Britaniyanın HSBC bankına hücum edən şəxslərdən biri tutulub. Soyğunçunun yaxalanma anının videosu Feysbuk sosial şəbəkəsində yerləşdirilib.

***

İrəvandakı Britaniyanın HSBC bankına hücum nəticəsində yaralananlardan biri həlak olub.

Polis artıq soyğunu törədən şəxsin də kimliyini müəyyən edib. Hücumu həyata keçirən şəxs polis polkovniki Daniel Danielyan olub.

 

Share: