İrəvanda Respublika meydanında mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atıblar.
Məlumata görə, bu əsasda tərəflər arasında toqquşmalar baş verib. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Polis güc tətbiq edərək həbslər həyata keçirib.
Mənbə: TASS
20:41
Ermənistan paytaxtında hökumət evinin qarşısında kütləvi etiraz aksiyası keçirilir.
İrəvanın Respublika meydanına toplaşanlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Yerli mətbutın məlumatına görə, aksiyaya əsasən müxalifət partiyalarının üzvləri qatılıblar.