İrəvanda qorxu dolu anlar: Silahlı şəxs…

 

İrəvanın Malatiya-Sebastiya rayonunda Karen.M adlı şəxs avtomat silahdan atəş açıb.

 

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti informasiya yayıb.

AKM markalı avtomatdan açılan güllələr yaxınlıqdakı evlərə də dəyib. Qaqarin küçəsində yerləşən evlərdən birinin sakini hadisə barədə polisə müraciət edib.

Silahlı şəxs yaxalanıb və darağında 26 güllə olan AKM markalı avtomatı polisə təhvil verib.

Orxan

Share: