İrəvanda ticarət mərkəzinin ərazisində baş verən yanğın iki gündən sonra söndürülüb

İrəvanda ticarət mərkəzinin ərazisində baş verən yanğın iki gündən sonra söndürülüb

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, partlayışın baş verdiyi “Surmalu” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın avqustun 16-da saat 17:49-da söndürülüb.

“Saat 18:00-a olan məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir. Yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparıldığı ərazi 1 hektara yaxındır”, – məlumatda deyilir.

Qeyd edək ki, yanğın avqustun 14-də baş verib.

Hazırda hadisə nəticəsində 17 nəfərin öldüyü məlum olub, daha 3 nəfərin axtarışları davam edir.

Mənbə: Sputnik Armenia

Share: