İrəvanda “Apaven” gömrüyündə 60 yaşlı Türkiyə vətəndaşı Həsən Türkerinin meyiti tapılıb. Meyit üzərində heç bir zorakılıq əlaməti olmayıb.
“Aprelin 11-də saat 10:35-də təcili tibbi yardım yarımstansiyasından məlumat daxil olub ki, briqada 60 yaşlı kişinin öldüyü Araratyan küçəsindəki gömrük məntəqəsinə yola düşüb. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Cinayət işi başlanıb”, – deyə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəis müavini Edqar Canoyan bildirib.
Mənbə: “Novosti-Armeniya”