Cəmi bir həftə öncə “Şuşaya hakim olanın bütün Qarabağa hakim olduğunu” elan edən və Şuşa uğrunda sona qədər döyüşəcəyini bildirən Ermənistan hərbi-siyasi rəhbərliyi ritorikasını dəyişib.
Müstəqil.Az xəbər verir ki, “dqr”in hazırda İrəvana sığınan separatçı-terrorçu liderinin müşaviri David Babayan Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edildiyini dolayısı ilə etiraf edib. Ancaq Ermənistan MN-in “təlimatına uyğun olaraq”, panikaya düşməməyə çalışıb.
“İndi XIVəsr deyil ki, bir şəhərin itirilməsi total məğlubiyyət anlamına gəlsin”, – deyə ictimaiyyətə təskinlik verməyə əbəs yerə cəhd göstərən Babayan bunun ardınca həqiqəti dilə gətirib:
“Müharibə sərtləşir, hücumlar intensivləşir. Şuşadan sonra Xankəndiyə birbaşa yol açılır”.
İlkin METE XAN