İrəvanın təxribatı: Bakı elə davranır ki… – Perenciyev

İrəvanın təxribatı: Bakı elə davranır ki… – Perenciyev

Ermənilərin bu addımı Azərbaycan ilə Rusiyanın arasını vurmaq üçün öncədən düşünülmüş təxribat planının bir bəndi idi.

Müstəqil.Az bildirir ki, bu fikirlərlə Axar.az-a açıqlamasında Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

Onun sözlərinə əsasən, Azərbaycan postuna qumbara atılması və erməni silahlı birləşmələrinin bu kimi digər terror əməlləri İrəvanın düşünülmiş cirkin planının ilk notlarıdır:

“Məqsəd rus sülhməramlıları ilə Azərbaycan Ordusu arasında qarşıdurma yaratmaq, bunu istifadə edərək Moskvanı Bakıya qarşı çevirməkdir. Sözsüz ki, burada Rusiyadakı erməni lobbisindən istifadə olunur.

Bunu edən qüvvələr İrəvanda oturub revanşist idealogiyaları ilə regionu xaosa qərq etmək istəyirlər. Ən maraqlısı isə odur ki, Bakı elə bil İrəvanın hər planından xəbəri olduğu kimi davranır. Bu təqdirəlayiqdir”, – deyə o qeyd edib.

Share: