İran Azərbaycanla sərhəddə müasir hərbi-texniki vasitələr yerləşdirməkdə davam edir.
Müstəqil.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda Araz çayı sahilində “Jitel” radioelektron mübarizə sisteminin yerləşdirildiyi görülüb.
Rusiyadan alınan həmin sistem qarşı tərəfin rabitə və radioelektron kəşfiyyat siqnallarını pozmaq üçün istifadə edilir.
Yayılan şəkildə sistemin 4 antenindən yalnız 2-nin işlək vəziyyətdə olduğu görünür. “Jitel” radioelektron mübarizə kompleksi pilotsuz uçuş aparatları ilə mübarizədə də effektivdir.(Modern.az)