İran donanması ən böyük döyüş gəmisini nümayiş etdirib

İran donanması  ən böyük döyüş gəmisini nümayiş etdirib

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “Makran” Hərbi Dəniz Qüvvələrinin uzaq dəniz hövzəsində, ilk növbədə Hind okeanının şimalında, Bab əl-Mandeb boğazı və Qırmızı dənizdəki əməliyyatları dəstəkləmək məqsədilə hazırlanmış müasir üzən bazadır. Bu baza 6 helikopter, sürət gəmisi və dəniz xüsusi təyinatlı qüvvələrini daşıya bilir.

 İkinci gəmi “Zerekh” raket korvetidir.

Hər iki gəmi çərşənbə günü rəsmi olaraq xidmətə qəbul ediləcək, İran donanmasının Umman Körfəzindəki iki günlük “Ektedar” şərti ad altında keçiriləcək raket təlimində iştirak edəcək.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyni Xanzadinin sözlərinə görə, bu siniflərin digər gəmiləri yaxın illərdə hərbi arsenala daxil ediləcək.

Müstəqil.Az

Share: