Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İran İslam Respublikasının Fələstin-İsrail münaqişəsinə girməsi ehtimalı “təsəvvür edilə biləndir”.
Bu barədə İİR xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qəzza zolağında vəziyyətin pisləşməsi fonunda Tehranın İsraillə silahlı münaqişəyə girə bilmə ehtimalı ilə bağlı sualı cavablandırarkən bəyan edib.
XİN rəhbəri, həmçinin vurğulayıb ki, Fələstin anklavında İsrailin hərəkətlərini müşahidə edən heç kəs kənarda qala bilməz.
Nazirin sözlərinə görə, İsrail müharibə cinayətləri törətməyə davam edərsə, münaqişə zonasında digər cəbhələr açılacaq.
Bununla yanaşı Abdullahian HƏMAS-ın İsrailə qarşı hücumunda İranın əli olması ilə bağlı ittihamları rədd edərək deyib ki, İslam Respublikası bölgədəki müqavimət qüvvələrinə əmr vermir.
Xatırladaq ki, İran diplomatiyasının rəhbəri oktyabrın 15-də Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Dohada görüşündə deyib ki, əgər İsrail Qəzza zolağının mülki əhalisinə zərbələr endirməyə davam edərsə, münaqişənin miqyası genişlənə bilər. Daha sonra Qətərin “Al-Jazeera” telekanalına verdiyi müsahibədə İslam Respublikasının vasitəçilər vasitəsilə İsraili Fələstin anklavına növbəti hücumlara qarşı xəbərdar etdiyini bildirib.
Mənbə: TASS