İranın Qum əyalətində yerləşən “Mehr u Mah” ticarət mərkəzi bağlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ticarət mərkəzinin geyim qaydalarına əməl etməməsi olub.
Belə ki, İran hökuməti dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ticarət mərkəzi geyim qaydalarına məhəl qoymayıb. Onlar mərkəz daxilində xanımların hicab olmadan və açıq geyimlərdə dolaşmasına icazə veriblər.
Qeyd edək ki, ticarət mərkəzində 700-dən çox şəxs çalışıb.