İranlı kinorejissor Mani Həqiqinin BFI London Film Festivalında iştirak etmək üçün İngiltərəyə uçuşuna icazə verilməyib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onun pasportu hava limanında heç bir izahat verilmədən alınıb. Sabah keçiriləcək festivalda Həqiqinin son filmi olan “Çıxarma”nın Böyük Britaniya premyerasını təqdim edəcəyi gözlənilirdi.
Həqiqi yaydığı videomüraciətdə deyib:
“Sizinlə ola bilməyəcəyim üçün çox təəssüf edirəm. İran hakimiyyəti cümə günü Londona uçmağa icazə vermədi. Bu cür son dərəcə kobud davranışa əsaslı izahat vermədilər”.
Həqiqinin fikrincə, buna bir neçə gün əvvəl sosial şəbəkədə hicab qanunlarını və gənclərə qarşı repressiyaları tənqid etməyi səbəb olub.